"Boranı"dakı yanğın söndürüldü (YENİLƏNİB)

11:15 - 14 Mart 2025 - HADİSƏ

Bakıda "Boranı" restoranında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, "Əhmədli" metrostansiyası yaxınlığında restoranın tüstü bacasında baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bakıda "Boranı" restoranında yanğın başlayıb. 

10:27

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğın baş verən obyekt "Boranı" restoranıdır.

Xəbər xətti