Xarici qüvvələr Rusiya və Belarusu boğmaq istəyirdilər, amma yaşayacaqlar, zaman və inad lazımdır.
Ucnoqta.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə dar tərkibdə görüşündə deyib.
"Mən kəşf etdim ki, bizim aramızda qlobal miqyasda və hətta regionumuzda mövcud olan problemlərdən daha az problem var" - Lukaşenko bildirib.
Lukaşenkonun sözlərinə görə, müəyyən suallar olsa da, hər iki ölkə bu istiqamətdə uğurla işləyir. "Düşünürəm ki, mütəxəssislər iştirak edəndə biz onlara daha geniş kontekstdə toxunacağıq. Amma biz bu məsələləri bilirik. Ola bilsin ki, biz burada daha sürətli hərəkət etmək istərdik", - Belarus prezidenti qeyd edib.