Fevralın 14-dən sətəlcəm xəstəliyindən xəstəxanada müalicə alan 88 yaşlı Papa Fransiskin vəziyyəti stabildir.
Ucnoqta.az xəbər verir ki, Müqəddəs Taxt-Tacın mətbuat xidmətindən verilən açıqlamaya görə, müayinələrin nəticələri, o cümlədən döş qəfəsinin rentgenoqrafiyası ümumi yaxşılaşmanı təsdiqləyir.
Həkimlər, müalicənin nəticə verdiyi kompleks bir klinik mənzərənin davamlılığını qeyd edirlər.
Onun xəstəxanada daha nə qədər yatmalı olacağı açıqlanmır.