Nazir generalı işdən çıxartdı

17:04 - 11 Mart 2025 - Xəbər

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov təqaüdə göndərilib.

Ucnoqta.az-ın Ajans.az-a istinadən verdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu gün səhər əmr imzalayıb.

Qeyd edək ki, Etibar İsmayılov 01.05.1966-ci ildə Bakı şəhərində anadan olub. Moskva Ali Yol və Mühəndis Qoşunları Komandanlıq məktəbini bitirib. Ailəlidir. 2 övladı var.

Xəbər xətti