Rusiyanın Domodedovo və Jukovski hava limanları PUA hücumları səbəbindən müvəqqəti fəaliyyətini dayandırıb.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün yerli vaxtla saat 04:24-də Jukovski hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Domodedovo hava limanında Moskva vaxtı ilə saat 04:40-da təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bu arada Moskva meri Sergey Sobyanin dörd Ukrayna PUA-sı Domodedovo şəhər dairəsində və Ramenskoye şəhər dairəsində vurulduğunu bildirib. Ümumilikdə, Moskva vilayətində ən azı 11 pilotsuz təyyarə vurulub.