Nəsimi rayonunda 4 kq narkotika dövriyyədən çıxarılıb

10:41 - 11 Mart 2025 - HADİSƏ

Nəsimi rayonunda əməliyyat zamanı 4 kiloqram narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

Bu barədə Ucnoqta.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən son əməliyyat nəticəsində 25 yaşlı Elgün Muradov saxlanılıb. Onun üzərindən 4 kiloqramdan artıq heroin, həşiş və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

E.Muradov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər xətti