Emin Əmrullayev Samir Babayevi baş direktor təyin etdi - FOTO

14:20 - 10 Mart 2025 - Cəmiyyət

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Samir Namiq oğlu Babayev Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub.

Bu barədə Ucnoqta.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Samir Babayev 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində, 2003-2007-ci illərdə Türkiyənin İstanbul Universitetində tibb təhsili alıb. 2009-2013-cü illərdə ABŞ-nin Nyu-York Tibb Kollecində rezidentura üzrə, 2013-2016-cı illərdə Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində təkmilləşdirmə proqramı üzrə təhsilini davam etdirib. S.Babayev iyirmi ilə yaxın müddətdə Nyu-York Tibb Kollecində, Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində, həmçinin Minnesota ştatında yerləşən Mayo Klinikasında rəhbər vəzifələrdə çalışıb.


Xəbər xətti