ABŞ Kiyevə yardımı davam etdirsə belə, Ukrayna “sağ qala bilməz”.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib. ABŞ prezidentindən Vaşinqtonun Kiyevə yardımı dayandırmasından sonra “Ukrayna sağ qalmaya bilər” deyə narahat olub-olmadığını soruşublar.
"O, onsuz da sağ qala bilməyəcək, amma bilirsiniz, bizim Rusiya ilə münasibətlərimizdə bəzi zəif nöqtələrimiz var. Bilirsiniz, bunun üçün ikisi lazımdır. Bu müharibə baş verməməli idi, amma oldu. İndi biz bu qarışıqlıqda ilişib qalmışıq", - Amerika lideri cavab verib.