ABŞ prezidenti Donald Trampın administrasiyası Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) proqramlarının 83%-ni rəsmən dayandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
"Altı həftəlik araşdırmadan sonra biz USAID proqramlarının 83 faizini rəsmi olaraq dayandırdıq. İndi ləğv edilən 5200 müqavilədə on milyardlarla dollar ABŞ-ın maraqları xaric (bəzi hallarda isə onun ziyanına) xərclənib", - o, X-də yazıb.
Rubionun sözlərinə görə, USAID-in qalan proqramlarının (təxminən 1000-ə yaxın) idarə edilməsi ABŞ Dövlət Departamentinə verilib.
Dövlət katibi öz postunda həmçinin Elon Maskın nəzarətində olan Hökumətin Effektivliyi Ofisinə (DOGE) bu çoxdan gecikmiş tarixi islahata verdiyi töhfəyə görə təşəkkür edib.