Şimali Koreya Sarı dənizə doğru bir neçə ballistik raket buraxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusuna istinadən Yonhap xəbər agentliyi məlumat yayıb.
Martın 10-da ABŞ və Koreya Respublikası “Azadlıq Qalxanı” adlı genişmiqyaslı təlimlərə başlayıb.
Şimali Koreya Xarici İşlər Nazirliyi manevrləri Koreya yarımadasında atmosferi qızışdıran aqressiv müharibənin məşqi adlandırıb.