Belarusa yeni baş nazir təyin edilib

13:22 - 10 Mart 2025 - DÜNYA

Belarus prezidenti Aleksandr Lukaşenko Aleksandr Turçini ölkənin baş naziri təyin edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Turçin bundan əvvəl Minsk Vilayət İcraiyyə Komitəsinin sədri işləyib.

Agentlik xəbər verir ki, həmçinin, respublikanın keçmiş baş naziri Roman Qolovçenko Milli Bankın yeni rəhbəri təyin edilib.

Xəbər xətti