"İl ərzində 3-5 film çəkmək olar"

12:45 - 10 Mart 2025 - Mədəniyyət

"Ölkə daxilində yerli film istehsalçılarına böyük dəstək var. Yerli servis şirkətləri proseslərə hazırdır".

Ucnoqta.az xəbər verir ki, bu sözləri müzakirədə Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov Heydər Əliyev Mərkəzində  kino sənayesi nümayəndələrinin iştirakı ilə "Cinema Talks" ("Kino müzakirələri") adlı panel müzakirəsi zamanı deyib.

"Film sahəsində başqa ölkələrdə 10 milyonlardan söhbət gedirsə, biz də bu rəqəmə uyğunlaşmalıyıq. Bu məsələ sistemləşməlidir. Burada yalnız büdcə məsələsi deyil, eyni zamanda aktyorlar məsələsi də gündəmdədir. Ölkə daxilində kifayət qədər resurslar var. İlk olaraq böyük layihələr həyata keçirmək çətindir. İl ərzində üç-beş film çəkmək olar", - o bildirib.

Xəbər xətti