Suriyanın yeni hakimiyyətinin təhlükəsizlik qüvvələri ilə ölkənin qərbində keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları arasında baş verən toqquşmalar nəticəsində ölən mülki əhalinin sayı bir gündə 830 nəfərdən 973 nəfərə yüksəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Livanın “Əl Nahar” qəzeti məlumat yayıb. Məlumata görə, ölənlər arasında qadın və uşaqlar da var, lakin onların sayı açıqlanmır.
Qurbanların əksəriyyəti Ərəb Respublikası əhalisinin 12%-ni təşkil edən Ələvi icmasına aiddir.
Təhlükəsizlik qüvvələri Latakiya və Tartus əyalətlərində sahilyanı ərazilərə nəzarəti bərpa edib, lakin dağlıq ərazilərdə qarşıdurmalar davam edir.
Martın 6-da başlayan hərbi əməliyyatlar zamanı 250-dən çox silahlı öldürülüb. Suriyanın yeni hakimiyyətini dəstəkləyən silahlı qruplar 231 döyüşçünü itirib.