Azərbaycanda internetin sürəti zəif deyil - İKTA

14:33 - 10 Mart 2025 - Cəmiyyət

Azərbaycanda internetin sürəti zəif deyil.

Ucnoqta.az xəbər verir ki, bunu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son 3 ildə ölkə üzrə internet sürəti üç dəfə artıb: “Əvvəlki dövrlərlə müqayisə etsəniz, internetin keyfiyyəti ilə bağlı kifayət qədər irəliləyişlər görə bilərsiniz. Ölkədə "Onlayn Azərbaycan" layihəsi çərçivəsində GPON texnologiyalarından istifadə 100 %-ə çatıb. GPON texnologiyası əvvəlki digər texnologiyalardan daha sürətli internet təmin etmək qabiliyyətinə malikdir. Odur ki, Azərbaycanda internetin sürətinin zəif olması fikri ilə razı deyiləm".

O bildirib ki, Azərbaycanda internetin sürətinin Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və ya Şərqi Asiya ölkələri – Koreya, Sinqapur kimi bu sahədə irəli gedən ölkələrdən aşağı olmasının tarixi səbəbləri var. Ancaq o, bu tarixi səbəbləri açıqlamayıb.

Xəbər xətti