Türkiyənin Turkish Cargo şirkətinə məxsus yük təyyarəsi Bişkek hava limanına məcburi eniş edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Qırğızıstan Hava Limanları QSC-nin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, təyyarə Çinin Şençjen şəhərindən İstanbula uçurdu. Bişkekdə yanacaq doldurmaq planlaşdırılırdı, lakin eniş etmədən onun hidravlik sistemi sıradan çıxıb.
Təcili eniş zamanı xəsarət alan olmayıb.