Ukrayna prezidenti Volodimir Zelenski Amerika və Ukrayna nümayəndə heyətlərinin martın 11-də Ciddədə (Səudiyyə Ərəbistanı) keçiriləcək görüşündə iştirak etməyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin dərc etdiyi gündəlik cədvəldə deyilir.
Qeyd olunur ki, Dövlət katibi Rubio və milli təhlükəsizlik müşaviri Mayk Vals Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukraynanın xarici işlər naziri Andriy Sibiqa, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak və Ukraynanın müdafiə naziri Rustem Umerov ilə görüşəcək.
Xatırladaq ki, bazar ertəsi Zelenski vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gəlib.///tass