Qərb Kiyevə tədarükünü dayandırsa belə, çoxlu silah Ukraynada qalacaq.
Ucnoqta.az xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxışı zamanı deyib.
Kreml nümayəndəsi hesab edir ki, o qədər silah gətirilib ki, tədarük dayandırıldıqdan sonra belə, ukraynalıların döyüşmək üçün hələ çox, çox ayları olacaq.