Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda ABŞ və Ukrayna nümayəndə heyətləri Kiyevin Rusiya Federasiyası ilə münaqişənin həlli üçün etməyə hazırlaşacağı ərazi güzəştləri məsələsini qaldırmayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna mənbəsinə istinadən Avropanın “Politico” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, Ukrayna ilə danışıqlar ərəfəsində ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Kiyev münaqişənin həlli məsələsində çətin güzəştlərə hazır olmalıdır.