Millimizin oyunlarına hakim təyinatları açıqlandı

14:25 - 12 Mart 2025 - İDMAN

Azərbaycan milli komandasının martın 22-də Haiti və martın 25-də Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları müəyyənləşib.

Ucnoqta.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə baş tutacaq görüşü Türkiyədən, “Bank Respublika Arena”da Belarusla təşkil olunacaq qarşılaşmanı isə Gürüstandan olan baş hakim idarə edəcək.

Hər iki matça 21:45-də start veriləcək.

22 mart

21:45. Azərbaycan - Haiti
Baş hakim: Kadir Sağlam (Türkiyə)
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə)
Dördüncü hakim: Fərid Hacıyev (Azərbayan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 

25 mart

21:45. Azərbaycan - Belarus
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)
Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)
“Bank Respublika Arena”

Xəbər xətti