Belarus sərhədçiləri Litva ilə həmsərhəd ərazidə yerli sakindən kopter müsadirə ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarusun Dövlət Sərhəd Komitəsi (DSK) məlumat yayıb.
Məlumata görə, martın 10-da Lida sərhədçiləri Litva sərhədindən bir neçə kilometr aralıda, Qrodno vilayətinin Voronovski rayonunun Qaytyunişki kəndi ərazisində yerli sakini saxlayıblar.
Adamın iki akkumulyatorlu əldəqayırma pilotsuz uçan aparatı olub.
Sərhəd Komitəsinin məlumatına görə, pilotsuz təyyarə və onun komponentləri götürülərək Lida Sərhəd Dəstəsinə təhvil verilib. Saxlanılan şəxs barəsində sərhəd qaydalarını pozma maddəsi ilə inzibati proses başlanıb.