Dağıntılar altında qalan qadının üstündən avtomobil də keçdi - qalxıb yoluna davam etdi - VİDEO

08:45 - 13 Mart 2025 - HADİSƏ

Rusiyanın Tobolsk şəhərində fərdi yaşayış evində qaz partlayışı olub.

Ucnoqqta.az xəbər verir ki, sosial şəbəkədə baş verən partlayış anının videosu yayılıb. O, qonşu evin müşahidə kameralarına düşüb.
Belə ki, partlayış baş verən zaman oradan keçən qadın dağıntılar altında qalıb, daha sonra avtomobil onun üstündən keçib. Lakin o, sonradan heç nə olmamış kimi ayağa qalxaraq yoluna davam edib.
Xatırladaq ki, fövqəladə hadisə nəticəsində bir qadın və bir uşaq xəsarət alıb.

Xəbər xətti