Akademik Həsən Əliyev küçəsi – metronun “Koroğlu” stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli və Mirzə Uluqbəy küçələrinin kəsişməsindəki (“Şəki” restoranının qarşısında) dairədə aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar martın 17-si saat 06:00-dan etibarən Akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Bu barədə Ucnoqta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən sözügedən ərazidə yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.