Avstraliya İranın bu ölkədəki səfiri Əhməd Sadeqi persona non qrata elan edib və Avstraliyanın İslam Respublikasındakı səfirliyi təhlükəsizliklə əlaqədar olaraq fəaliyyətini dayandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq mətbuat konfransında bildirib.
Avstraliya kəşfiyyatına görə, İran Avstraliyadakı yəhudi icmasına qarşı antisemit hücumların arxasında dayanır.
Melburndakı sinaqoqa və Sidneydəki koşer restoranına edilən hücumlarda İranın əli olduğu iddia edilir.
Diplomatın sözlərinə görə, Sadeqi və digər üç İran nümayəndəsi 7 gün ərzində Avstraliyanı tərk etməlidir.
Nazir vurğulayıb ki, Kanberra İranla "bəzi diplomatik əlaqələri" saxlamaq niyyətindədir.