ABŞ-ın sanksiyaları danışıqlar istəmədiyini sübut edir - İran XİN

11:34 - 14 Mart 2025 - DÜNYA

ABŞ-ın İranın enerji sektoruna və ölkənin neft nazirinə qarşı son sanksiyaları Vaşinqtonun Tehrana düşmən münasibət bəslədiyini və onunla danışıqlar aparmaq istəmədiyini göstərir.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi açıqlama verib.

Bəqayi Amerika hakimiyyətinin danışıqlara hazır olduqları barədə bəyanatlarına işarə edərək İrana qarşı sanksiyaların tətbiqini bu niyyətlərin yalan olduğunun daha bir bariz sübutu və ABŞ-ın düşmən münasibətinin növbəti sübutu adlandırıb.

İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, ABŞ-ın İranın digər ölkələrlə iqtisadi və ticarət əlaqələrini pozmağa yönəlmiş düşməncəsinə hərəkətləri beynəlxalq hüququn və azad ticarətin təməl prinsiplərinin pozulmasıdır.

Xəbər xətti