Fuad Ələsgərovdan barəsində yayılan xəbərlərə REAKSİYA

17:24 - 15 Mart 2025 - Cəmiyyət

Son günlər bir sıra media resurslarında və sosial şəbəkələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun səhhətində ciddi problemlərin yarandığı və işə çıxmadığı bildirilib.

Ucnoqta.az xəbər verir ki, Manset.az Prezidentin köməkçisi Fuad Ələsgərovla əlaqə saxlayıb.

O, sayta eksklüziv açıqlamasında yayılan xəbərləri təkzib edib:
“ Yalan söhbətdir, necə yəni məni işə çıxmıram? Mən hər gün işə çıxıram. Səhhətimdə heç bir problem yoxdur. Yazılanlar boş-boş söhbətlərdir” - deyə açıqlamasında Fuad Ələsgərov bildirib.

Xəbər xətti