Yeddilik Qrupu (G7) ölkələrinin xarici əlaqələr qurumlarının rəhbərləri İrandan nüvə silahı yaratmaq planlarından əl çəkməyi tələb ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə onların Kvebek əyalətindəki görüşündən sonra dərc olunmuş birgə bəyanatda deyilir.
Nazirlər Tehranı kursunu dəyişməyə, deeskalasiyaya doğru irəliləməyə və diplomatiyaya üstünlük verməyə çağırıblar.
Onlar həmçinin İranı məhkəmə özbaşınalığında və repressiya aləti kimi əcnəbilərə qarşı sui-qəsdlərin təşkilində ittiham ediblər.