ABŞ-ın Orta Qərbi və cənubunda tufan və tornadolar nəticəsində azı 16 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində Missuri ştatında 10, Arkanzasda 3, Texasda daha 3 nəfər həlak olub.
Bundan əlavə, Arkanzasın səkkiz əyalətində 29 nəfər xəsarət alıb və Missuridə 316 min müştəri elektriksiz qalıb.