İsrail Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərin Livanın cənubundakı Aynata şəhərinə hücumu nəticəsində azı iki nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Naharnet” xəbər portalı məlumat yayıb.
Məlumata görə, hava hücumu İsrailin şimalındakı Avivim qəsəbəsindəki dayanacaqda avtomat silahlardan atəşə tutulmasına cavab olaraq həyata keçirilib.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Günün birinci yarısında İsrail pilotsuz təyyarələri Meys əl-Cəbəl şəhəri və Yater kəndi yaxınlığında şiə “Hizbullah” silahlılarının pikap maşınlarına hücum edib, nəticədə iki döyüşçü həlak olub, yaralananlar var, onların sayı açıqlanmır.