Serbiyada martın 18-i matəm günü elan edəcək

15:41 - 16 Mart 2025 - DÜNYA

Serbiya hökuməti növbəti iclasında Şimali Makedoniyada ilkin məlumatlara görə, 50-dən çox insanın həlak olduğu konsertdə baş vermiş yanğınla əlaqədar martın 18-ni matəm günü elan edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Serbiya Nazirlər Kabinetinin yaydığı bəyanatda deyilir.
Respublikanın səhiyyə naziri Arben Taravari daha əvvəl aydınlıq gətirib ki, yanğından sonra 118 nəfərə tibbi yardım göstərilir.

Şimali Makedoniya Daxili İşlər Nazirliyi gecə klubunda baş verən yanğın nəticəsində 51 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını bildirib.

Xəbər xətti