Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini 2021-ci ildə sərhədi qanunsuz keçməkdə ittiham edərək 4,5 il müddətinə azadlıqdan məhrum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın “TV Pirveli” telekanalı məlumat yayıb.
Hökmü hakim Mixail Cincholiya oxuyub. Hökmün elanı məhkəmə zalında səs-küyə səbəb olub.
Məhkəmə icraçıları eks-prezidentin tərəfdarlarını məhkəmə zalından çıxarmağa məcbur olublar. Saakaşvili iclasda iştirak etməyib.