Azər Quliyevə vəzifə verildi

11:59 - 17 Mart 2025 - Xəbər

"Bakı Metropoliteni" QSC-nin Reklam Departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, bu vəzifə Azər Quliyevə həvalə edilib.

O bundan əvvəl "Azerconnect Group"da ticarət marketinqi üzrə mütəxəssis vəzifəsində çalışıb.

Bundan başqa A.Quliyev uzun illər "Azerfon" MMC-də ("Nar Mobile") işləyib.

Qeyd edək ki, "Bakı Metropoliteni"nin sədri Vüsal Aslanovdur.

Xəbər xətti