Rusiya Federasiyası və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında gözlənilən söhbət qarşılıqlı təşəbbüs əsasında baş tutacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən bildirib.
"Bu, qarşılıqlı razılaşmadır", - Kreml sözçüsü bildirib.
Peskov qeyd edib ki, iki lider arasındakı söhbətin nəticələri barədə mətbuata məlumat veriləcək.
"Hələ necə olacağına qərar verməmişik, amma əlbəttə ki, sizə mümkün olan ən yaxşı şəkildə məlumat verəcəyik" - deyib.