Çin avtomobil istehsalçısı BYD-nin bazar kapitallaşması ənənəvi qlobal avtomobil sənayesi liderləri "Volkswagen", "Ford" və "General Motors"un ümumi dəyərini ötüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Çin şirkətinin Honq-Konq birjasında səhmləri çərşənbə axşamı əvvəlki günə nisbətən 6%-ə qədər baha satılır.
Bu, BYD-nin bazar kapitallaşmasını təxminən 162 milyard dollar təşkil edir ki, bu da "Volkswagen", "Ford" və "General Motors"un ümumi dəyərindən çoxdur.
Şirkətdən verilən məlumata görə, yeni texnologiya yeni Han L modelinin avtomobillərini beş dəqiqəyə enerji ilə doldurmağa imkan verir ki, bu da rəqiblərdən xeyli sürətlidir. Belə bir doldurmadan sonra avtomobil 470 km məsafə qət edə biləcək.
Bununla belə, yeni məhsulun istifadəyə verilməsi vaxt aparacaq, çünki BYD lazımi elektrik enerjisini təmin edə biləcək modernləşdirilmiş doldurma stansiyaları şəbəkəsini qurmalı olacaq.
Şirkət 4 min belə yeni stansiya tikməyi planlaşdırır.