Makron Ukrayna ilə bağlı son müzakirələri alqışlayıb

00:09 - 19 Mart 2025 - DÜNYA

 Fransa Ukraynada nizamlanma ilə bağlı “son müzakirələri” alqışlayıb, lakin Kiyevə silah tədarükünü davam etdirəcək və atəşkəsdən sonra sülh danışıqlarına təkid edəcək.

Ucnoqta.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şolzla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Son müzakirələr düzgün istiqamətdə gedir və biz Ukrayna və Avropada təhlükəsizlik üçün qalıcı və uzunmüddətli həll istəyirik”, - o deyib.
Fransa prezidenti Paris, Berlin və Londonun Volodimir Zelenskini düzgün seçim etməyə inandıra bilməsini və ABŞ-ın sülh təşəbbüsünü dəstəkləməsini münaqişənin həllinə böyük töhfə adlandırıb.

Xəbər xətti