"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev növbəti dəfə eyni maddə ilə cəza alıb.
Musavat.com xəbər verir ki, Habil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Habil Vəliyev 3 nəfərdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilərək həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, H.Vəliyev daha əvvəl də eyni ittihamla məhkumluq həyatı yaşayaraq həbs edilmiş, 4 il cəza almışdı.