Heydər Əliyev Fondu jurnalistin müalicə xərclərini üzərinə götürüb

18:28 - 19 Mart 2025 - MEDİA

Heydər Əliyev Fondu jurnalist Azər Rəşidoğlunun müalicə xərclərini üzərinə götürüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist sosial media hesabında yazıb.

Qeyd edilir ki, o, Fond tərəfindən yaxın günlərdə Türkiyəyə müalicəyə aparılacaq. Bildirilir ki, məsələ Prezident İlham Əliyevin şəxsi nəzarətindədir.

Azər Rəşidoğlu göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edib.

Xəbər xətti