"Biz çox yaxşı irəliləyiş əldə edirik" - Tramp

20:04 - 19 Mart 2025 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı söhbəti rusiyalı həmkarı Vladimir Putinlə apardığı danışıqların nəticələrinə əsaslanıb.

Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Truth Social”da  yazıb.
 Zelenski ilə “çox yaxşı telefon danışığını bitirdim . Təxminən bir saat davam etdi. Söhbətin çox hissəsi dünən prezident Putinlə Rusiya və Ukraynanın istək və ehtiyaclarını əlaqələndirmək üçün aparılan söhbətə əsaslanırdı", - Tramp bildirib.

"Biz çox yaxşı irəliləyiş əldə edirik və mən dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Maykl Valsdan müzakirə olunan məsələlərin dəqiq təsvirini vermələrini xahiş edəcəyəm. Bu bəyanat tezliklə açıqlanacaq", - ABŞ prezidenti əlavə edib.

Xəbər xətti