Mütəxəssislər Ramazan ayında qidalanma vərdişlərinin dəyişdirilməsinin ağız və diş sağlamlığına da təsir etdiyini qeyd edərək, iftar və sahurdan sonra mütəmadi olaraq dişlərin fırçalanmasının vacibliyinə diqqət çəkirlər.
Ucnoqta.az xəbər verir ki, diyetoloq Şeyda Polat İnanmaz qeyd edib ki, ağız və diş sağlamlığı üçün dişləri fırçalamaqla yanaşı, diş ipi və qarqara istifadə etməyi tövsiyə edirlər.
“İftarla imsak arasında su istehlakı vacibdir”
Ramazan ayında ən çox rast gəlinən problemlərdən birinin ağız qoxusu olduğunu deyən diyetoloq uzun müddət aclıq səbəbiylə ağzımızın və mədəmizin susuz qalması nəticəsində ağız qoxusu yaşandığını bildirir.
Bunun qarşısını almaq üçün dişlərimizi mütəmadi olaraq fırçalamaqla yanaşı, diş ipi və ağız qarqarasından istifadə etməli, siqareti azaltmalı, iftarla sahur arasında su istehlak etməliyik.
Bunların xaricində çay, qəhvə və şokoladdan uzaq durmağı tövsiyə edirik. Bunlara diqqət etsək, ağız qoxusu problemini azaldacağıq.
Sağlam həyat üçün müntəzəm ağız baxımının vacibliyini vurğulayan Dt. İnanmaz bildirib ki, ildə ən azı iki dəfə həkim müayinəsindən keçmək lazımdır.