İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriyanın mərkəzində eyni adlı əyalətin inzibati mərkəzi olan Homs şəhərinin cənubunda yerləşən hərbi obyektə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al İkhbariya” telekanalı məlumat yayıb.
Məlumata görə, Şinşar bölgəsində güclü partlayışlar baş verib.
Martın 17-də İsrail aviasiyası Ərəb Respublikasının cənubundakı Dəra şəhərinə hava hücumu həyata keçirib, oradakı hava zərbələri nəticəsində 3 nəfər ölüb, 19 nəfər yaralanıb.