Küləkli və yağıntılı hava şəraiti davam edir - Faktiki hava

18:44 - 20 Mart 2025 - ÖLKƏ İÇİ

Martın 20-si saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Culfada 21 m/s, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18 m/s, Naxçıvanda 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.

Qeyd olunub ki, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Kürdəmir, Göyçay, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Hacıqabul, Beyləqan, Yardımlı, Lerik və Astarada fasilələrlə yağış yağır. Gədəbəy və Şahdağda isə arabir qar yağması müşahidə olunur.

Xəbər xətti