Azər Rəşidoğlu müalicə üçün İstanbula yola düşdü

11:02 - 21 Mart 2025 - Cəmiyyət

Heydər Əliyev Fondunun müalicə xərclərini üzərinə götürdüyü jurnalist Azər Rəşidoğlu İstanbula yola düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistin özü bildirib.

Qeyd edək ki, Azər Rəşidoğlu (Qurbanəliyev) ötən ilin sentyabr ayında Milli Onkologiya Mərkəzində xərçəng diaqnozu ilə cərrahiyyə əməliyyatı olunub. Lakin təəssüf ki, əməliyyatdan sonra onun vəziyyəti yaxşılaşmayıb, bu xəstəlik kritik mərhələyə keçib. Qeyd edək ki, sonuncu Pozitron Emissiya Tomoqrafiyası (PET) və kompüter tomoqrafiya müayinəsi (KT) başqa orqanlarda da şişlərin yarandığını göstərir. Ən qısa zamanda xəstəliyin qarşısı alınmazsa, başqa orqanlar sıradan çıxa bilər. Növbəti əməliyyata və əlavə müalicələrə ehtiyac yaranıb. Həkimlərin ilkin rəyinə görə, bu tip onkoloji xəstəliklərinin müayinə və müalicəsi xarici ölkələrdə daha yüksək standartlara uyğun həyata keçirilə bilər. 

Jurnalistlər, deputatlar, QHT rəhbərləri və ictimaiyyət nümayəndələrinin müraciətinə operativ reaksiya verən Heydər Əliyev Fondu Azər Rəşidoğlunun müalicə xərclərini öz üzərinə götürüb.

Xəbər xətti