Gəncədə qaz balonu partlayıb, yaralanan var

19:00 - 21 Mart 2025 - ÖLKƏ İÇİ

Gəncə şəhərində qaz balonu partlayışı nəticəsində bir nəfər yaralanıb.

“Report”un məlumatına görə, Cavadxan qəsəbəsində baş vermiş hadisədə müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs 1995-ci il təvəllüdlü A. Ələkbərovdur.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti