Bu gecə ikinci Qədr gecəsidir

16:25 - 20 Mart 2025 - Cəmiyyət

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ikinci Qədr (əhya) gecəsidir.

Ucnoqta.az xəbər verir ki, ikinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecəyə (20 mart) təsadüf edir. 
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Məlumat üçün bildirək ki,  Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı qeyd olunacaq.

Xəbər xətti