İlon Maskın X şirkəti investorlardan 1 milyard dollara yaxın vəsait toplayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Məlumata görə, maliyyələşdirmə raundunda Maskın özü, həmçinin ilin əvvəlində X-in borcunun bir hissəsini satın almış 1789 Capital və Darsana Capital Partners investisiya fondları iştirak edib.
Səhmdarların genişlənməsi şirkətin dəyərini Maskın onu aldığı 2022-ci ildəki səviyyəyə qaytardı.
İnvestisiya raundu X-in kapitalını 32 milyard dollara çatdırdı və platforma indi gəlirlərin bir hissəsini borcunu ödəmək üçün istifadə etməyi düşünür.