Putin MDB-dən olan həmkarlarını Novruz bayramı münasibətilə təbrik edib

12:07 - 21 Mart 2025 - Xəbər

Rusiya prezidenti Vladimir Putin MDB ölkələrindən olan həmkarlarına yaz bərabərliyi bayramı Novruz bayramı münasibətilə səmimi təbriklər göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya lideri Azərbaycan prezidenti İlham Əliyevi, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevi, Qırğızıstan prezidenti Sadır Japarovu, Tacikistan prezidenti Emomali Rəhmonu, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovu və Özbəkistan prezidenti Şavkat Mirziyoyevi təbrik edib.

Putin liderlərə təbrikində əmin olduğunu bildirib ki, ikitərəfli strateji tərəfdaşlıq münasibətləri dost xalqlarımızın rifahı naminə bundan sonra da uğurla inkişaf edəcək.

Qeyd olunur ki, İranın ali dini lideri Əli Xamneyi və İslam Respublikasının prezidenti Məsud Pezeşkiana da ürəkdən təbriklər göndərilib.///tass

Xəbər xətti