İndoneziyada Levotobi vulkanının püskürməsi Flores adasında (Şərqi Nusa Tengqara əyaləti) baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Jakarta Post” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, kül sütunu 8 min metrdən çox hündürlüyə çatıb.
Vulkan külləri səbəbindən 7 beynəlxalq reys təxirə salınıb, bir neçə ölkədaxili reys isə gecikib.