Ağdam sakinində avtomat aşkarlandı

11:50 - 22 Mart 2025 - ÖLKƏ İÇİ

Ağdamda silahlı şəxs tutulub.

Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Səbuhi Səfərovdur. Onun yaşadığı ünvandan "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb. O, sılahı bir müddət əvvəl taparaq yaşadığı ünvanda gizlətdiyini bildirib.

Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər xətti