ABŞ-ın Nyu-Meksiko ştatında atışma baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə KFOX-TV məlumat yayıb.
Məlumata görə, atışma ABŞ-ın cənub-qərbindəki Las Kruss şəhərindəki parkın ərazisində baş verib. Nəticədə bir neçə nəfər yaralanıb.
Telekanal qurbanların sayı və vəziyyəti barədə məlumat vermir.
Araşdırma aparılır.