Bu gün futbol üzrə Azərbaycan millisi 2025-ci ildə Haiti yığması ilə ilk yoldaşlıq oyunu keçirib.
Ucnoqta.az xəbər verir ki, saat 21:45-də start götürən matç Haiti yığmasının 0:3 hesablı qələbəsi ilə nəticələnib. Oyunun ikinci hissəsində Elvin Cəfərquliyev ikinci sarı kart alaraq milli komandanı azlıqda qoyub.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan oyunu türkiyəli baş hakim Kadir Sağlam idarə edib.
22 mart
21:45. Azərbaycan - Haiti - 0:3
Qollar: Frantsdi Pyerro, 9, 63, Jan-Jak, 83
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 84 (Azərbaycan)
Hakimlər: Kadir Sağlam, Deniz Caner Ozaral, Anıl Usta (Türkiyə), Fərid Hacıyev (Azərbayan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu