Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk sınaq matçına çıxıb.
Ucnoqta.az xəbər verir ki, U-17 Belarusun uyğun yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar martın 26-da ikinci yoxlama matçında üz-üzə gələcəklər.///fanat.az